')

Bu gün:


FutbolPress.Az | Londonda heç-heçə, "Bavariya"dan darmadağın

Londonda heç-heçə, "Bavariya"dan darmadağın


oxunma sayı: 219 Paylaş:

FutbolPressÇempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

Gecənin ən maraqla gözlənilən matçı İngiltərənin paytaxtı Londonda keçirilib. Erkən finalda "Çelsi" və "Barselona" münasibətlərinə aydınlıq gətirib. Oyunda qalib müəyyənləşməyib. Komandalar hərəyə 1 dəfə fərqlənməyə imkan tapıblar.

Digər görüş isə Münhendə keçirilib. Azərbaycanlı azarkeşlərin də yaxından izlədiyi Türkiyənin "Beşiktaş" klubu "Bavariya"nın qonağı olub. Şenol Güneşin komandası çətin səfərdə sərfəli nəticə qazanmağı bacarmayıb. "Bavariya" 5:0 hesabı ilə qalib gəlməklə cavab oyununu formallığa çevirib.


Çempionlar Liqası
1/8 final, ilk oyunlar
20 fevral


23:45. "Çelsi" (İngiltərə) - "Barselona" (İspaniya) 1:1
Qollar:
Vilyan, 62 - Lionel Messi, 74

23:45. "Bavariya" (Almaniya) - "Beşiktaş" (Türkiyə) 5:0
Qollar:
Tomas Müller, 43, 66, Kinqsli Koman, 52, Robert Levandovski, 79, 88
Qırmızı vərəqə: Domaqoy Vida, 16 ("Beşiktaş")


oxunma sayı: 219 | Paylaş:




?>