')

Bu gün:


FutbolPress.Az | Tərlanın yerinə layiqli namizəd varmı? (KİÇİK QEYD)

Tərlanın yerinə layiqli namizəd varmı? (KİÇİK QEYD)


oxunma sayı: 2053 Paylaş:

FutbolPress"Neftçi" elə klubdu ki, onun masajçısı belə, məsuliyyəti dərk eləməlidi. Bu, ölkənin ən köklü futbol adıdırsa, onun ətrafında olan hər kəsin belə ağırlığı daşıya biləcək potensialı olmalıdı.

Klub ətrafında neqativləri yazmaqdan bezmək də var. Bəli, bəzən biz də usanırıq. Nə qədər pis yazmaq olar...

Tərlan Əhmədovun təyinatından sonra idman mediası, futbol camiəsində necə canlanma yarandığını yaxşı xatırlayırıq. Hətta onun uğurlu olacağına o qədər əmin idik ki, çəkinmədən Əhmədovun lehinə yazılar sıraladıq. Müəyyən qələbələr də oldu...

Bəs bu proloq ona bəslənən ümid kimi davam etdimi?

Əhmədovun danışığını bilmədiyini özünə dəfələrlə bildirmişik. Ona hörmət isə sırf XARAKTERİNƏ görə olub. Şəxsi nəzərimdə o, sözünü çəkinmədən deyən biri kimi qalıb və qalacaq da. Ancaq bir el məsəlində deyildiyi kimi, insanı tanımaq istəyirsənsə, ona ya çox pul, ya da vəzifə ver. Xeyir, vəzifəyə gəldiyi, yaxud pulunun olduğu üçün dəyişilib deyə, absurd giley-güzar edənlərdən deyiləm, heç o cür təfəkkürü yaxına da buraxmaram. Məsələ tam başqa və daha incə detallardadı.

Əhmədovun dürüstlüyü, xarakteri xatirinə bəzən onu çox müdafiə etmişik. Bəli, çox. Lazımından artıq.

Elə bilmişik ki, yeni işə başlayan birini sarsıtmaq, mane olmaq, ona təzyiq etmək istəyirlər. Bir insan haqda bu qədər yazılırsa, deməli, burda nəsə "sistem" var, kampaniyadı və s.

Ancaq Əhmədovun özü imiş baiskar.

Komandanın Antalya toplanışında "SKA Xabarovsk"a faciəvi məğlubiyyətdən sonra (1:8) restoranların birində əylənib, qəlyan çəkməsi haqda yazıldı və bu detal həddən çox şişirdilmiş kimi təəssürat yaratdı. Ta ki, məsələnin kökünə gedib, əsl həqiqəti öyrənənədək. Müxtəlif ciddi mənbələrdən dəqiqləşdirdik ki, həqiqətən Əhmədov orda tək qəlyan əyləncəsi ilə kifayətlənməyib, ciddiyyətdən uzaq "performans" sərgiləyib.

Qınadığımız Ramin Musayev haqlı imiş. Əhmədov hacı tituluna yaraşmayan o "hərəkətinə" görə heç vaxt təqdir oluna bilməz. Bunun da həqiqət olduğunu biləndən sonra o XARAKTERƏ hörmət qalmazdı, əlbəttə. Əhmədov, bu haqda bir-iki KİV yazanda təkzib verməli idiniz zamanında. Vermədiniz, hətta yenə inanmadıq ki, bu işi tutarsınız. Hələ də tam inanmırıq. Bu yazı da o məqsədlə qələmə alınıb ki, ictimaiyyətə açıq şəkildə bu məlumatların yalan olduğunu bildirib, sözünüzün üstündə durasınız. Belədə biz həmin ən müxtəlif mənbələrin haqqınızda eyni informasiyanı yaymaqda hansı məqsədi güddüyünü sorğu-sual edək - həqiqət üzə çıxsın. Yoxsa kulisdə bu söz-söhbətlər dayanmır. Bütün bunlara aydınlıq gətirəcək bir subyekt var, o da sizsiniz. .  

"Neftçi"ni rəhbərliyi dəyişdi. Gedən Orxan Hüseynzadənin  idarəçilik keyfiyyətləri aşağı idi ki, Əhmədov da toplanış ərzində belə hərəkətlər edib. Elə şeylər ki, burda yazmaq istəmirik - özü isə yaxşı bilir nədir... Ən azı, futbol ictimaiyyətində dolaşan bu informasiyaların hər biri onun da qulağına çatmamış deyil. 

Bu cür deyilsə, ona böhtan atılırsa, onda bu haqda geniş izahat vesin.  Bir daha qeyd edirəm, məhz onun etiqad mahiyyətinə yaraşmadı. Heyf...

Əhmədov bu "xarakter" və performansla böyük komanda üçün baş məşqçi ola bilməz. Bizim nəzərimizdə o, artıq "Neftçi"nin çalışdırıcısı deyil. Əhmədovun yerinə layiqli namizəd varmı? Kifayət qədər! Xüsusən, yeni nəsil məşqçilərdən azı 3-4 ad "Neftçi" adının məsuliyyətini çiyninə götürüb həm özünü, həm komandanı inkişaf etdirə bilər. Ən əsası, dəqiq, mütəşəkkil çalışacaq. Peşəkar davranacaq...

Elçin Cəlilov


oxunma sayı: 2053 | Paylaş:




?>