Rövlan Çexiyada debüt etdi, Fərid qol vurdu
Paylaş:
Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində 18-ci turun oyunları keçirilib.
Azərbaycanlı futbolçular Rövlan Muradovla Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya”nın gənclərdən ibarət komandası doğma meydanda “Dukla” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 4:8.
Fəridlə Rövlan da görüşün iştirakçısı olub. Yenicə Praqa klubuna transfer edilən Muradov debüt etdiyi bu matça start heyətdə başlayıb və 85-ci dəqiqədə əvəzlənib. U-19 millimizin kapitanı olan Fərid isə 56-cı dəqiqədə meydana çıxıb. Bundan cəmi 2 dəqiqə sonra isə qol da vurub.
“Slaviya”nın U-21 komandası geridə qalan turlarda 29 xal toplayıb və turnir cədvəlində 12 klub arasında 6-cı sırada qərarlaşıb.
| Paylaş: