')

Bu gün:


FutbolPress.Az | Belə yox... (QEYD)

Belə yox... (QEYD)


oxunma sayı: 1106 Paylaş:

FutbolPressVideoda gördüyünüz kimi, "CBC Sport"da "Sumqayıt" - "Neftçi" (2:0) oyununun hissələrarası fasiləsində futbolçular stan-up üçün dəvət edilir. İlk hissədəki maraqlı məqamlara reaksiya, isti-isti əhval paylaşımı və s.

İlk baxışdan maraqlı görünür, dəbdəbəlidir. Sanki La Liqa, Premyer Liqa kimi məşhur çempionatlardakı kimi. Bəzən Rusiya çempionatında da belə praktikadan istifadə edilir və s.

Lakin...

Bu, o ölkələrdə edilir ki,   kanal yayım hüququnu satın alır. Belədə o, yayımladığı oyunun bütün eksklüzivlərinə sahiblənir. Bu prosesi isə marketinq məhsuluna çevirib, gəlir götürür.

Gəlirik Azərbaycana.

"CBC Sport" çempionatın yayım hüququnu alan kanal kimi bu satınalmadan hansısa kluba ödəniş edibmi? Yox.Yayım hüququ alınıb yox, hədiyyə edilib - belə çıxır... Elə isə kanalın illüstrativ dəbdəbə cəhdi nəyə gərəkdir? Onsuz proses marketinq hadisəsinə çevrilmirsə, tutalım, Rəşad Sadiqovun, yaxud Tural Axundovun dedikləri nə əhəmiyyət daşıdı, nəyə gərək oldu...

İllüziyalar yaradıb, özümüzçün tamaşa qururuq sanki. Pulsuz tamaşa... Şit şor...

Üstəlik, klubların buna razılıq verməsi də qeyri-ciddilik əlamətidir. 15-20 saniyə də olsa, sənin futbolçun niyə fasilədə soyunub-geyinmə otağına - təlimata yox, TV-nin mikrofonuna tərəf getməlidir? Baxıb xaricə, onlardan götürürük, ancaq mahiyyətini dərk eləmədən tətbiq edirik...

Yayım hüququnu alsa da, klublara müvafiq ödəniş etməyən "CBC Sport"un bu çatışmazlığı bir yana, deyək ki, el-oba ənənəsiylə gedirik, bəs fasilədəki oyunçuların danışdırılması aktivliyindən kanal nə qazanır? Bu yeniliyi mənfəətə çevirə bilirmi? Bu da yox. Yenə yox...

Ümumiyyətlə, kanalın reklam cəlbi sarıdan uğurlu olmadığı da çatışmazlıqlar sırasına salına bilər.



oxunma sayı: 1106 | Paylaş:




?>