Bu gün:


FutbolPress.Az | Premyer Liqanın yayım hüququ satıldı - fantastik qiymətə

Premyer Liqanın yayım hüququ satıldı - fantastik qiymətə


oxunma sayı: 40 Paylaş:

FutbolPressİngiltərə Premyer Liqasının 2019-2022-ci illər üçün yayım hüququ satılıb.

Bu illərdə baş tutacaq mövsümlərin yayım hüququ 7 paketə bölünüb və 5 paket iki kanal tərəfindən alınıb.

3,58 milyard avro funt-sterlinq qarşılığında 4 paket alan "Sky Sports" bu müddətdə 128 Premyer Liqa matçını canlı yayımlayacaq. "BT Sport" isə 884 milyon funt-sterlinq ödəyərək 1 paket alıb və 32 oyunun yayım hüququnu qazanıb.

Beləliklə, Premyer Liqa rəhbərliyi 160 oyunun toplandığı 5 paketdən 4,464 milyon funt-sterlinq qazanıb. Hər birində 20 oyunun olduğu qalan 2 paket qarşıdakı günlərdə satılacaq.

Premyer Liqanın 2015-2019-cu illər üçün yayım hüququ 5,14 milyard funt-sterlinqə satılmışdı.


oxunma sayı: 40 | Paylaş: