Bu gün:


FutbolPress.Az | "Neftçi" Sumqayıtda sindroma son qoya biləcək?

"Neftçi" Sumqayıtda sindroma son qoya biləcək?


oxunma sayı: 41 Paylaş:

FutbolPressTopaz Premyer Liqasının 16-cı turu çərçivəsində “Sumqayıt” doğma meydanda “Neftçi” ilə qarşılaşacaq.

“Sumqayıt”ın rəsmi saytı bu oyun öncəsi "Neftçi" ilə qarşılaşmalardakı statistik göstəriciləri açıqlayıb:

1. Komandalar Azərbaycan çempionatlarında 22 dəfə qarşılaşıblar.
2. “Sumqayıt” “Neftçi” ilə matçlardan 8 qələbə, 2 heç-heçə və 12 məğlubiyyətlə ayrılıb.
3. Komandalar arasındakı top fərqi 26-37 “Neftçi”nin xeyrinədi.
4. Amil Yunanov “Neftçi” ilə qarşılaşmalarda ən çox qol vuran “Sumqayıt”lı futbolçudu (3 qol).
5. "Sumqayıt" son 4 ev oyununda “Neftçi”ni məğlubiyyətə uğradıb.

"Sumqayıt" - "Neftçi" qarşılaşması fevralın 17-də “Sumqayıt Arena"da keçiriləcək. Saat 18:30-da start götürəcək oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.


oxunma sayı: 41 | Paylaş: