Bu gün:


FutbolPress.Az | Almanlar Renat Dadaşov haqda: "Heç bir perspektiv vəd etmir"

Almanlar Renat Dadaşov haqda: "Heç bir perspektiv vəd etmir"


oxunma sayı: 358 Paylaş:

FutbolPressAlmaniyanın "Ayntraxt" klubunda çıxış edən Azərbaycan millisinin üzvü Renat Dadaşovun əsas komandaya yüksəlmək şansı yoxdur.

Bu barədə Almaniya mətbuatı yazıb.Bildirilir ki, hazırda Frankfurt təmsilçisinin U-19 komandasında çıxış edən futbolçuların əksəriyyəti heç bir perspektiv vəd etmir. Onların arasında Renat Dadaşovun da adı çəkilir.

Məlumata görə, artıq ölkədə U-23 Liqası olmayacağı üçün həmin futbolçular ümumiyyətlə oynamaq imkanı qazanmayacaqlar. Belədə onların komandanı tərk edib, meydana çıxa biləcəkləri klublara üz tutması gözlənilir.

Renatın "Ayntraxt"la 2020-ci ilə qədər müqaviləsi var.


oxunma sayı: 358 | Paylaş: