Bu gün:


FutbolPress.Az | Keyn Cerrardın rekordunu təkrarladı

Keyn Cerrardın rekordunu təkrarladı


oxunma sayı: 15 Paylaş:

FutbolPress"Tottenhem"in futbolçusu Harri Keyn ingilis futtbolçular arasında bir mövsüm ərzində Çempionlar Liqasında ən çox qol vuran Stiven Cerrardın rekordunu təkrarlayıb. O, buna 1/8 finalda "Yuventus"la matçda (2:2) nail olub. 

Komandasının ilk qoluna imza atan forvard bununla da mövsümdə 7-ci dəfə fərqlənib. Cerard isə "Liverpul"un heyətində 2008/09 mövsümündə eyni sayda qol vurmuşdu.

Keyn "Yuve" ilə cavab oyununda daha bir qol vursa, bu göstəricidə mütləq rekordçu olacaq.


oxunma sayı: 15 | Paylaş: