Bu gün:


FutbolPress.Az | "Qarabağ"ın qurbanlarının qarşılaşması" - "Marca"dan maraqlı şərh

"Qarabağ"ın qurbanlarının qarşılaşması" - "Marca"dan maraqlı şərh


oxunma sayı: 260 Paylaş:

FutbolPressAvropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində sabah Madrid "Atletiko"su səfərdə Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşacaq.

İspaniyanın məşhur nəşrlərindən olan "Marca"da bu matçla bağlı maraqlı yazı dərc olunub. "Qarabağ"ın qurbanlarının qarşılaşması" başlıqlı yazıda Atletikonun hazırda Çempionlar Liqasında yox, Avropa Liqasında mübarizə aparmasına məhz "Qarabağ"ın səbəb olduğu qeyd edilib. Bildirilib ki, Ağdam klubu ilə oyunlarda heç-heçə etməklə Dieqo Simeonenin komandası qitənin ən nüfuzlu klub turnirində 1/8 finaldan kənar qalıb. Bundan başqa, "atlılar" ÇL-in pley-off mərhələsində "Kopenhagen"i mübarizədən kənarlaşdıraraq, tarixində ilk dəfə qrupa yüksəlməsi yazılıb. Hər iki klubun ÇL-də uğursuzluğa düçar olmasında "Qarabağ"ın rolu olduğu vurğulanıb.

"Qarabağ" ÇL-in qrup mərhələsində "Atletiko" ilə hər iki matçda heç-heçə edib (0:0; 1:1). Ağdam klubu ÇL-in pley-off mərhələsində isə  "Kopenhagen"i səfərdə vurulan qolla (1:0; 1:2) keçərək, tarixində ilk dəfə qrup mərhələsinə düşüb.


oxunma sayı: 260 | Paylaş: