Bu gün:


FutbolPress.Az | "Real"dan geridönüş, "Liverpul" 5 qolla qalib gəldi

"Real"dan geridönüş, "Liverpul" 5 qolla qalib gəldi


oxunma sayı: 170 Paylaş:

FutbolPressÇempionlar Liqasında 1/8 final mərhələsi davam edir. Bu gün daha iki oyun keçirilib. Qarşılaşmalardan biri İspaniyada, digəri Portuqaliyada reallaşıb.

Gecənin ən maraqla gözlənilən matçı Madriddə baş tutub. Ardıcıl iki mövsüm turnirin qalibi olan “Real” favoritlərdən Fransa təmsilçisi PSJ-ni qəbul edib. Paris klubu matçda hesabı açan tərəf olsa da, meydan sahibi sonradan 4 qol vuraraq geridönüş edib.

Gecənin digər qarşılaşması Portuqaliyada “Portu” və “Liverpul” (İngiltərə) arasında baş tutub. Rəqibini səfərdə 5:0 hesabı ilə darmadağın edən Mersisayd klubu cavab oyununu formallığa çevirib.

Çempionlar Liqası
1/8 final, ilk oyunlar
14 fevral

23:45. "Real" (İspaniya) - PSJ (Fransa) 3:1
Qol:
Kriştiano Ronaldo, 45 (pen.), 83, Marselo, 86 - Adrien Rabyö, 33


23:45. "Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə) 0:5

Qollar: Sadio Mane, 25, 53, 85, Mohamed Salah, 29, Roberto Firmino, 70




oxunma sayı: 170 | Paylaş: