Bu gün:


FutbolPress.Az | "Yuventus"un futbolçusu Çempionlar Liqasının tarixinə düşdü

"Yuventus"un futbolçusu Çempionlar Liqasının tarixinə düşdü


oxunma sayı: 23 Paylaş:

FutbolPressÇempionlar Liqasının 1/8 finalında "Tottenhem"lə oyunda iki qol vuran "Yuventus"un hücumçusu Gonsalo İquayn yeni rekord müəyyən edib. 30 yaşlı argentinalı futbolçu turnir tarixində ən erkən dubla imza atıb.

London klubunun qapısına iki qol vurmaq üçün ona start fitindən sonra 8 dəqiqə 7 saniyə lazım gəlib.

Əvvəlki rekord 2006-cı ildə "Spartak" (Rusiya) ilə matçda 8 dəqiqə 30 saniyəyə iki qol vuran "İnter" in keçmiş oyunçusu Xulio Kruza məxsus idi.


oxunma sayı: 23 | Paylaş: