Bu gün:


FutbolPress.Az | Messi "Qızıl top" mübarizəsində rəqiblərini açıqladı

Messi "Qızıl top" mübarizəsində rəqiblərini açıqladı


oxunma sayı: 169 Paylaş:

FutbolPress"Barselona"nın və Argentina millisinin üzvü Lionel Messi "Qızıl top" yarışındakı əsas rəqiblərinin adını açıqlayıb. Ulduz oyunçu bu mükafata özündən başqa 4 əsas namizədin olduğunu bildirib:

"Hazırda dünyada "Qızıl top"u qazana biləcək çox yaxşı futbolçular var. Son illərdə mübarizə iki futbolçu arasında gedib, ancaq bu dəfə Neymar, Mbappe, Luis Suares də iddialıdı".

Messi son 10 ildə mükafatı bölüşdüyü Kriştiano Ronaldo ilə münasibətləri haqda da fikirlərini bildirib:

"Dostluq bir yerdə vaxt keçirmək və bir-birini tanımaqla yaranır. Bizim belə münasibətimiz yoxdur. Əsasən mükafatlandırma mərasimlərində görüşürük və yalnız həmin zaman danışırıq. Aramızda bir problem yoxdur, amma bir yerdə vaxt da keçirmirik".


oxunma sayı: 169 | Paylaş: