Bu gün:


FutbolPress.Az | "Neftçi"nin zədəlilərindən nə xəbər?

"Neftçi"nin zədəlilərindən nə xəbər?


oxunma sayı: 208 Paylaş:

FutbolPress"Neftçi"nin zədəli futbolçularından biri sıraya dönüb. Söhbət gənc oyunçu Elnur Süleymanovdan gedir.

Təlim-məşq toplanışı çərçivəsində zədələnən futbolçu artıq tam hazırdı. O, dünən əvəzedici heyətin "Kəpəz"lə oyununda da meydanda olub və Premyer Liqanın növbəti turunda "Sumqayıt"a qarşı oynaya bilər.

U-21 millisinin heyətindən zədəli qayıdan Ömər Buludov da sıraya dönmək üzrədir. O, yaxın zamanda komandaya qoşulacaq.

Elnur Cəfərov isə hələ bir müddət də oynaya bilməyəcək. U-21 millisinin Antalyadakı düşərgəsində sıradan çıxan futbolçul ayın sonunda sıraya dönəcək.

Adıçəkilən futbolçulardan başqa Məhəmməd Mirzəbəyov da zədəlidi. Artıq məlum olduğu kimi, burnundan əməliyyat olunan futbolçu 1 ay oynamayacaq.


oxunma sayı: 208 | Paylaş: