Bu gün:


FutbolPress.Az | Turində bərabərlik, "Mançester Siti"dən darmadağın

Turində bərabərlik, "Mançester Siti"dən darmadağın


oxunma sayı: 197 Paylaş:

FutbolPressÇempionlar Liqasında uzunmüddətli fasilə başa çatıb. 1/8 final mərhələsinə start verilib.

İlk oyun günündə iki görüş keçirilib

Gecənin ən maraqlı oyunu Turində baş tutub. ÇL-in son finalçısı "Yuventus" "Real" və "Borussiya"nın yer aldığı qrupdan lider kimi çıxan "Tottenhem"i qəbul edib. Matçda qalib müəyyənləşməyib. "Qoca sinyora" 2 erkən qolla hesabda önə keçsə də, bu üstünlüyü qoruya bilməyib - 2:2.

Günün digər qarşılaşmasında isə İsveçrədə "Bazel"  İngiltərə Premyer Liqasının lideri "Mançester Siti" ilə qarşılaşıb. "Şəhərlilər" səfərdən darmadağınla dönüb. - 4:0.

Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
13 fevral

23:45. "Yuventus" (İtaliya) - "Tottenhem" (İngitərə) 2:2
Qollar:
Qonsalo iquayn, 2, 9 (pen.) - Harri Keyn, 35, Kristian Eriksen, 72

23:45. "Bazel" (İsveçrə) - "Mançester Siti" (İngiltərə) 0:4
Qollar:
İlkay Gündoğan, 14, 53, Bernardo Silva, 18, Serxio Aquero, 23



oxunma sayı: 197 | Paylaş: