Bu gün:


FutbolPress.Az | "Neftçi"də seneqallı futbolçu?

"Neftçi"də seneqallı futbolçu?


oxunma sayı: 446 Paylaş:

FutbolPress"Neftçi" heyətini seneqallı Hali Tiamla gücləndirə bilər.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, Moskva "Dinamo"sunun yollarını ayırdığı 24 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı olanlardan biri də Bakı klubudu. Tiam müqavilə ilə məxsus olduğu Budapeştin MTK klubuna dönsə də, Macarıstan təmsilçisi seneqallınəı istəmir. Hazırda futbolçu özünə yeni klub axtarır və onun üçün variantlardan biri də Azərbaycana gəlməkdir.

Ancaq Tiamın müqaviləsi mövcud olduğu üçün bu keçid reallaşa bilməz. Çünki Azərbaycanda transfer pəncərəsi fevralın 9-da bağlanıb. Bunun üçün futbolçu azad agent statusuna yiyələnməlidir. Məhz bundan sonra seneqallı yarımmüdafiəçi "ağ-qaralar"a keçə bilər.

2014-cü ildə MTK-ya transfer olan Hali Tiam "Çikaqo Fayre", "Qaziantepsor" və "Dinamo"da icarə əsasında çıxış edib.


oxunma sayı: 446 | Paylaş: