Bu gün:


FutbolPress.Az | "Qazaxıstanın Messisi" Premyer Liqa klubunda

"Qazaxıstanın Messisi" Premyer Liqa klubunda


oxunma sayı: 157 Paylaş:

FutbolPressRusiya Premyer Liqası təmsilçisi "Ufa" heyətini 17 yaşlı hücumçu ilə gücləndirib. Klub qazaxıstanlı Erkebulan Seydahmet i heyətinə cəlb edib. Onunla 5 illik müqavilə imzalanıb.

Erkebulan Qazaxıstanın Yüksək Liqasında mübarizə aparan "Taraz"dan transfer edilib. "Montajnik" futbol məktəbinin yetirməsi olan oyunçuya "Qazaxıstanın Messisi" deyilir. Bu adı ona ötən il Sankt-Peterburqda keçirilən Qranatkin turnirində hollandiyalı jurnalistlər verib. Qazaxıstanın 21 yaşlılardan ibarət yığmasında çıxış edən forvard həmin turnirin ən yaxşı hücumçusu seçilmişdi.

2017-ci ildə Qazaxıstan çempionatında debüt edən futbolçu meydana çıxdığı 15 oyunda 1 qol vurub. 


oxunma sayı: 157 | Paylaş: