Bu gün:


FutbolPress.Az | "Qəbələ" - "Zirə" oyununun vaxtı açıqlandı

"Qəbələ" - "Zirə" oyununun vaxtı açıqlandı


oxunma sayı: 159 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında XVI turun oyun cədvəli məlum olub.

İki  gün ərzində reallaşacaq turun bütün görüşləri “CBC Sport”  kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

Açılış oyunu Qəbələdə keçiriləcək. Eyniadlı komanda mərkəzi oyunda "Zirə"ni qəbul edəcək. Həmin gün "Neftçi" "Sumqayıt"ın qonağı olacaq.

İkinci oyun günündə isə "Kəpəz" - "Keşlə" və "Səbail" - "Qarabağ" matçları baş tutacaq.

17 fevral (şənbə)

“Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu, 15:00

“Sumqayıt” – “Neftçi”
“Kapital Bank Arena”, 18:30

18 fevral (bazar)

“Kəpəz” – “Keşlə”
Gəncə şəhər stadionu, 15:00

“Səbail” – “Qarabağ”
“Bayıl Arena”, 17:30


oxunma sayı: 159 | Paylaş: