Bu gün:


FutbolPress.Az | Messi ÇL-də "Barsa"nın əsas rəqiblərini açıqladı

Messi ÇL-də "Barsa"nın əsas rəqiblərini açıqladı


oxunma sayı: 217 Paylaş:

FutbolPress"Barselona"nın hücumçusu Lionel Messi komandasının Çempionlar Liqasındakı əsas rəqiblərini açıqlayıb. O, "Mançester Siti" və PSJ-ni daha şanslı saydığını bildirib:

"Mançester Siti" PSJ kimi ən güclü komandalardan biridir. Keyfiyyət və təcrübə baxımından "Real"ı da istisna etmirəm. Amma onlar bu mövsüm hələ ki, istənilən nəticəyə nail ola bilməyiblər. Bir də "Bavariya" var - sona qədər oynayacaq başqa bir əla komanda. Lakin bu gün ən yaxşılar "Mançester Siti" və PSJ-di".

"Barsa"nın 1/8 finaldakı rəqibi "Çelsi"di. Komandalar arasındakı ilk oyun fevralın 20-də keçiriləcək.


oxunma sayı: 217 | Paylaş: