')

Bu gün:


FutbolPress.Az | Tükənərsən, Rəşad... 

Tükənərsən, Rəşad... 


oxunma sayı: 1428 Paylaş:

FutbolPress- İlk dəfə həm məşqçi, həm də futbolçu kimi toplanışda oldun. Necə hiss etdin özünü?
- Çox çətin idi. “Qarabağ”da da belə olurdu: həm məşq keçirdim, həm oynayırdım. Amma toplanış tam fərqlidir. Xüsusilə də U-21 komandası. Çünki burda daha məsuliyyətli olmalısan. Çalışırdım ki, bütün məşqlərdə iştirak edə bilim. Planı buna uyğun qururdum. Düşünürəm ki, çətin də olsa, bu işin öhdəsindən gələ bildik.
 
- Sabahdan “Qarabağ”da məşqçi əvəzi olacaqsan...
- Məşqçi əvəzi deyəndə ki, komandada təcrübəli oyunçular çoxdur. Onlardan biri də mənəm. Bu gün əgər məşqçimiz yoxdursa, bütün futbolçular həmin məsuliyyəti dərk edəcəklər. Biz də bir böyük kimi onların yanında olacağıq.
 
- Belə enerji paylanması səni yormayacaq ki?
- Bu sualı Qurban müəllimə verin (gülür).
 
Gülür...
 
Ancaq gülməli olmaya bilər. Bu gedişat yaxşı şeylər vəd etmir. Rəşadın həm fiziki, həm də əqli yüklənməsi həddən artıqdı. O, bəlkə də bunu indi hiss etmir, ancaq belə "yüklənməylə" ən çox bir neçə ay "darta bilər". İnsan fizionomiyası haqda ən sadə məlumatları bilməklə bu qənaətə gəlmək mümkündü.
 
Rəşad mövsüm başa çatanda klub karyerasını da bitirsə, daha doğru olar. Həm də peşəkar addım...
 
OK, bu gün böyük məsuliyyət altına girən yeni məşqçilər eşalonunu da anlayırıq. Ancaq gördüyümüzü, hiss etdiyimizi də deməliyik. Bu gün Rəşad Sadıqov Qurban Qurbanova çox lazım ola bilər. Ancaq lazımlılığın həddən ziyadə "istismarı" da fayda verməz.

Elçin Cəlilov


oxunma sayı: 1428 | Paylaş:




?>