')

Bu gün:


FutbolPress.Az | U-21 qələbəni əldən verdi

U-21 qələbəni əldən verdi


oxunma sayı: 432 Paylaş:

FutbolPressTürkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan U-21 millisi  bu gün üçüncü yoxlama oyununa çıxıb.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayıb.

Oyunda qalib müəyyənləşməyib. Millimiz ilk hissənin sonunda hesabı açsa da, üstünlüyü qoruya bilməyib.

Yığma bundan əvvəl yoxlama görüşlərində Türkiyənin “Alanyaspor”un U-21 komandasına 3:1qalib gəlib, Albaniyanın U-21-nə 0:1 məğlub olub. Millimiz Antalyadakı son sınaq matçını isə yanvarın 26-da yenidən albaniyalılara qarşı keçirəcək.

23 yanvar
Yoxlama oyunu
19:00. Azərbaycan U-21 – Gürcüstan U-21 1:1

Yığmanın start heyəti:
1.Kamran İbrahimov, 20. Omar Buludov, 13. Murad Qayalı, 16. İlyas Səfərzadə, 21. Xəyal Nəcəfov, 8. İlkin Muradov, 7. Ehtiram Şahverdiyev, 18. Ülvü İskəndərov, 10. Elnur Cəfərov, 3. Anton Krivotçuk, 25. Murad Xaçayev
Ehtiyat oyunçular: 24. İsmayıl İbrahimli, 9. Fəhmin Muradbəyli, 5. Elvin Sərkərov, 14. Nicat Süleymanov, 19. Rafael Məhərrəmli, 17. Əsgər Hüseynov, 15. Yusif Cəfərov, 11. Famil Camalov, 12. Abdulla Seyidəhmədov, 28. Hacıağa Hacılı, 4. Bəhlul Mustafazadə, 2. Sertan Taşkın


oxunma sayı: 432 | Paylaş:




?>