')

Bu gün:


FutbolPress.Az | PSV-nin sabiq futbolçusu "Neftçi"də

PSV-nin sabiq futbolçusu "Neftçi"də


oxunma sayı: 818 Paylaş:

FutbolPressTürkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi"nin düşərgəsinə yeni futbolçu qoşulub.

Söhbət mərakeşli müdafiəçi Roxdi Axentedən gedir.  Son klubu Hollandoyanın "Qo Ehed İqls" komandası olan oyunçu "ağ-qaralar"ın heyətində baxışdadı.

29 yaşlı futbolçunun adı paytaxt klubunun "SKA-Xabarosk"la yoxlama oyununun iştirak ərizəsinə də daxil edilib. Onun çıxışı məşqçiləri qane etsə, komandada saxlanacaq.

Sol cinah müdafiəçisi PSV-nin yetirməsidi. O, Hollandiyanın "Eyndhoven", "Zvolle", "Vitess", "Villem II" klublarında da çıxış edib. Roxdi Mərakeşin əsas millisində 2 oyun keçirib.


oxunma sayı: 818 | Paylaş:




?>