')

Bu gün:


FutbolPress.Az | "Kəpəz" ukraynalı müdafiəçini yoxlayır

"Kəpəz" ukraynalı müdafiəçini yoxlayır


oxunma sayı: 289 Paylaş:

FutbolPressTürkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Kəpəz"in düşərgəsinə yeni futbolçu qoşulacağı barədə xəbər vermişdik. Onun kimliyi müəyyənləşib.

Söhbət İqor Korotetskidən gedir. 30 yaşlı ukraynalı ampluaca müdafiəçidi. O, "Kəpəz"də baxışda olacaq və yoxlama matçlarında özünü yaxşı tərəfdən göstərə bilsə, komandada saxlanacaq.

Korotetskinin karyerası öz ölkəsiylə bağlıdı. Onun son klubu "Avanqard" olub. İqor Ukraynanın U-17, U-19 və U-21 millilərində də çıxış edib. Ancaq heç vaxt əsas yığmada oynamaq imkanı qazanmayıb.


oxunma sayı: 289 | Paylaş:




?>