')

Bu gün:


FutbolPress.Az | “Əsəblərimi cilovlaya bilmirdim” – Mahir Mədətov

“Əsəblərimi cilovlaya bilmirdim” – Mahir Mədətov


oxunma sayı: 626 Paylaş:

FutbolPressAntalya toplanışı çərçivəsində keçirdiyi ikinci yoxlama oyununda Albaniyadan olan həmyaşıdlarına uduzan (0:1) Azərbaycan U-21 millisinin hücumçusu Mahir Mədətov matçdan sonra Jurnalistlərin suallarını cavablandırdı...

- Oyun necə keçdi?
- Pis oyun olmadı. İlk yoxlama matçı idi ki, milli komandaya qarşı keçirdik. Həm səhvlərimiz, həm də hücumlarımız oldu. Hər iki hissədə qol imkanı yaratdıq. Amma bunlardan faydalana bilmədik. Düşünürəm ki, məğlub olmalı deyildik.

- Rəqib hesabı açdıqdan sonra tamamilə müdafiəyə fikir verməyə başladı. İrəli xətt oyunçuları kimi öz aranızda müdafiəni yarmaq üçün fərqliliklər etmək barədə danışığınız oldumu?
- Daha çox istəyirdik ki, cinahlardan hücum edək. Çünki əsasən mərkəzə toplanmışdılar. Belədə həm də uzaqdan zərbələrdən istifadə etməyə çalışdıq. Alınmadı. İstədiyimizi tam edə bilmədik.

- Rəqib yaxşı qapanırdı, yoxsa bizdə istənilən alınmırdı?
- Birinci hissədə kombinasiyalarımız daha yaxşı alınırdı. İkinci hissədə sanki orta xətdə qaldı top. İstəyirdik nəsə edək, çalışırdıq. Amma rəqib də imkan vermirdi.

- U-21-də ən təcrübəli futbolçiu sayılırsan, klubunda daim oynayırsan, Çempionlar Liqası təcrübən var və s. Bu gün öz oyunundan razı qaldın?
- Ağır fiziki yüklənmələrimiz, məşqlərimiz olur. Ona görə də istər-istəməz oyunda yorğunluq hiss edirsən. Nəinki mən, düşünürəm ki, komanda olaraq tam potensialımız bu deyildi. Düzdü, Rəşad müəllim məşqlərdə çox yüklənməyimizi istəmir, ancaq yenə də ikinci hissədə, oyunun axırlarına doğru yorğunluğu hiss edirsən. Növbəti matçlarda daha diri olmalıyıq.

- Heç nə alınmadığına görə, yoxsa yorğunluğa görə ikinci hissədə bir qədər aqressiv görünürdün?
- Sadəcə, məğlubiyyətə layiq deyildik bu gün. Əsəbiləşməyim bununla bağlı idi. Nəticə oyuna görə olmadı. Buna görə də əsəblərimi cilovlaya bilmirdim.


oxunma sayı: 626 | Paylaş:




?>