')

Bu gün:


FutbolPress.Az | “Bu, bütün Azərbaycan futbolunun “xəstəliy”idi” – Rəşad Sadıqov

“Bu, bütün Azərbaycan futbolunun “xəstəliy”idi” – Rəşad Sadıqov


oxunma sayı: 814 Paylaş:

FutbolPressAntalya toplanışı çərçivəsində keçirdiyi ikinci yoxlama oyununda Albaniyadan olan həmyaşıdlarına uduzan (0:1) Azərbaycan U-21 millisinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra Jurnalistlərin suallarını cavablandırdı...

- Oyun barədə fikirləriniz...
- Pis keçmədi. Sadəcə ilk hissədə hücumda daha aktiv çıxış edə bilərdik. Əsas iradım bu idi uşaqlara. Amma ikinci hissədə oyuna nəzarət edə bildik. Yaxşı pressinqimiz, düşünülmüş hücumlarımız da oldu. Məni əsas sevindirən amillərdən biri o idi ki, rəqibə demək olar ki, qol imkanı vermədik. Qolu da standart vəziyyətdən buraxdıq. Bu, bütün Azərbaycan futbolunun “xəstəliy”idi. Bunun da üzərində işləyəcəyik ki, rəqibə belə şanslar verməyək. Əks-hücumlar da istədiyim kimi alınmırdı, yaxşı çıxa bilmirdik. Ümumən əvvəldə sadaladığım amillərə görə komandanın oyunu xoşuma gəldi.

- Birinci oyunla bugünkü matçın fərqi nə idi?
- Bu dəqiqə iş gedir. Nə birinci oyundakı qələbə məni sevindirmişdi, nə də bugünkü məğlubiyyətə çox üzüldüm. Çalışırıq ki, komanda istədiyimiz futbolu oynasın, o sistem otursun. Əsas məqsədimiz odu ki, uşaqlar topla daha çox davransınlar, düzgün futbol oynasınlar. İlk oyunla müqayisədə bugünkü rəqib də daha aqressiv idi, kompakt çıxış edirdi və oynamağa imkan vermirdi. Ancaq yenə də oyuna nəzarət etməyə çalışırdıq.

- Son vaxtlar Yaroslav Dedanın milliləşdirilməsi ilə bağlı məlumatlar dolaşır...
- Belə bir söhbət yoxdu. Hələ k, fikrimdə deyil bu məsələ.

- Müdafiə və yarəmmüdafiədə aqressiya görünürdü, amma hücum bir qədər axsayırdı sanki. Bu, rəqibin müdafiəyə çox diqqət eləməsi ilə bağlıdı, yoxsa hücumda həqiqətən problem var?
- Rəqib bu gün çox müdafiədən oynadı. Bu da pozisiyalı hücumlar qurmağa, əks-hücumlar təşkil etməyə mane olurdu. Ümumən komandada aqressiya var. Kollektiv şəkildə hücum, müdafiə, pressinq anlayışlarını uşaqlara aşılamaq istəyirəm. Bu, futbolumuzda çatışmayan şeylərdən biridi. İstədiyimiz kəsərli hücumları qura bilmirdik. Birinci hissədən sonra da uşaqlara dedim ki, oynaya bilərik, potensialımız var. Fasilədən sonra hücumları artırdıq, amma qol vurmaq üçün yetərli olmadı.

- Xətlərarası əlaqə baxımından vəziyyət necədi?
- İşləyirik bunun üstündə. Vaxt böyük problemdi. Qısa müddətlik bir yerdəıyik. Bilmirsən, futbolçunu fiziki yükləyəsən, ya taktiki işləyəsən. Klubları da düşünməliyik ki, burdan çıxıb öz komandalarına gedəcəklər. Məşqlərdə bunların hamısını nəzərə almağa çalışırıq. İstəyirik ki, Kosovo və İrlandiya ilə oyunlara optimal vəziyyətə gələk. Çox istərdim, yenə 10-15 günlük hazırlığımız olsun. Amma çempionatın təqvimi buna imkan vermir. 


oxunma sayı: 814 | Paylaş:




?>