')

Bu gün:


FutbolPress.Az | Azərbaycan Albaniyaya uduzdu

Azərbaycan Albaniyaya uduzdu


oxunma sayı: 564 Paylaş:

FutbolPressAntalyada təlim-məşq toplanışını davam etdirən Azərbaycanın U-21 millisi bu gün növbəti yoxlama oyununu keçirib.

Rəşad Sadıqovun baş məşqçisi olan komanda Albaniyanın U-21 yığması ilə qarşılaşəb. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayıb.

Qarşılaşma albanların minimal hesablı qələbəsiylə başaçatıb - 1:0.

Bu, U-21 millimizin Antalyada ikinci sınağı olub. Gənclərimiz Türkiyədəki ilk yoxlama oyununda “Alanyaspor”dan olan həmyaşıdlarını 3:1 hesabıyla məğlub etmişdi.

Yoxlama oyunu
21 yanvar

19:00 Azərbaycan - Albaniya 0:1

Azərbaycan:
Abdulla Seyidəhmədov, Ömər Buludov, Bəhlul Mustafazadə, Elvin Sərkərov, Sərtan Taşkın, Qismət Alıyev, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Fəhmin Muradbəyli, Mahir Mədətov, Ramil Şeydayev
Ehtiyat oyunçular: 1 Kamran İbrahimov, 7 Ehtiram Şahverdiyev, 8 İlkin Muradov, 3 Anton Krivotsyuk, 10 Elnur Cəfərov, 18 Ülvü İskəndərov, 13 Murad Qayalı, 14 Nicat Süleymanov, 25 Murad Xaçayev, 16 İlyas Səfərzadə, 21 Xəyal Nəcəfov
Baş Məşqçi: Rəşad Sadıqov


oxunma sayı: 564 | Paylaş:




?>