')

Bu gün:


FutbolPress.Az | "Rəqib daha hazırlıqlı idi" - Qurban Qurbanov

"Rəqib daha hazırlıqlı idi" - Qurban Qurbanov


oxunma sayı: 360 Paylaş:

FutbolPress"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Antalya toplanışı çərçivəsində "Lexiya" (Polşa) ilə 1:1 heç-heçə oynadıqları qarşılaşmanı şərh edib.

Təcrübəli mütəxəssis komandasının oyunundan razı qaldığını söyləyib:

"Maraqlı oyun alındı, xüsusən də ilk hissə gərgin mübarizə şəraitində keçdi. Rəqib daha hazırlıqlı idi və daha çox pressinq edirdilər, toplu mübarizə oldu. İkinci hissədə daha açıq oyuna üstünlük verildi. Səhvlərimiz oldu, amma futbolçular meydanda doğru olanı etməyə çalışırdılar. Ümumiyyətlə, futbolçulardan və oyundan razı qaldım".


oxunma sayı: 360 | Paylaş:




?>