')

Bu gün:


FutbolPress.Az | Elşad Əhmədov: "İstəyirdim ki, hamı bu yükü hiss etsin"

Elşad Əhmədov: "İstəyirdim ki, hamı bu yükü hiss etsin"


oxunma sayı: 617 Paylaş:

FutbolPressI Divizionda mövsümün ikinci yarısına hazırlığı Antalyada davam etdirən“Xəzər”in baş məşqçisi Elşad Əhmədov Almaniyanın “Vakker Nordhauzen”klubuna 0:3 hesabı ilə uduzduqları yoxlama matçından sonra “FutbolPress”in suallarını cavablandırdı...

- Böyük hesabla məğlub olduz. Oyun barədə fikirləriniz...
- 27-ci saniyədə qol buraxdıq. Uşaqlarda həyəcan hiss olunurdu. Görünürdü ki, komandanın bu səviyyədə oyunu olmayıb. Çox həyəcanlı idilər. İlk dəqiqələrdə müdafiədən çıxa bilmirdik. Rəqib çox yaxşı pressinq edirdi. İlk hissədəki qapıçımızın oyunu isə ümumiyyətlə xoşuma gəlmədi. Belə oyunlar bizim üçün yaxşı dərsdi. Uşaqlar bu səviyyəni gördülər, hiss etdilər. Rəqib Almaniyanın 3-cü liqasından olsa belə, kifayət qədər güclü idi.

- Rəqib həqiqətən də, həm fiziki, həm də texniki cəhətdən birbaş üstün görünürdü. Yeni toplanan komandaya ilk oyun üçün niyə belə güclü rəqib seçilmişdi?
- Bu, onunla bağlı idi ki, ilk oyundan çatışmayan cəhətlərimiz üzə çıxsın. Bu gün onları gördük. Getdikcə çatışmazlıqların üzərində işləyəcəyik.

- Aşağı liqa klubu olsaz da, xaricdə hazırlıq keçirsiz. Bu, sizə fərqli nə verir?
- Məşq üçün şərait çox yaxşıdı. Bundan başqa heyətdə gənc oyunçular var. Onların burda bir növ gözləri açılır, psixoloji cəhətdən daha hazırlıqlı olurlar. Oyun epizodlarında da gördük ki, rəqibin heyətində çıxış edən futbolçular səviyyəsində oyunçu bizim çempionatda azdı. Belə şeylərə diqqət eləmək lazımdı.

- Oyun ərzində tez-tez skamyaya dönüb fikirlərinizi deyirdiz. Onlara nəyi çatdırırdız?
- Mən əvvəldən bu cür gedişatı gözləyirdim. Rəqibin necə oynayacağını bilirdik. Oyundan əvvəl komandaya demişdim ki, belə davranmaq lazımdı, rəqib bunları edəcək. Matçın gedişində də eyni şeyləri çatdırdım. Onlara bildirdim ki, belə şeylərə hazır olmaq lazım idi.

- İki fərqli heyəti meydana buraxdız. Bunun oyun baxımından hansı fərqi oldu?
- Biz hazırda əsasən fiziki hazırlıq üzərində işləyirik. Bu oyun da bizim üçün sürət dözümlülüyü məşqi idi. İki fərqli heyəti buraxmağım da bununla bağlı idi. İstəyirdim ki, hamı bu yükü hiss etsin.

- Yükləməni tətbiq edirsiz. Bəs mənimsəmə necə, yerindədirmi?
- Çoxunda yox. Əksəriyyətinin mənimsəmə faizi aşağıdı.


oxunma sayı: 617 | Paylaş:




?>