Bu gün:


FutbolPress.Az | "Neftçi"nin sabiq forvardı "Reyncers"də

"Neftçi"nin sabiq forvardı "Reyncers"də


oxunma sayı: 34 Paylaş:

FutbolPress“Neftçi”nin keçmiş hücumçusu Nikolas Kanalesin yeni iş yeri bəlli olub.

Çilili futbolçu karyerasını vətənində davam etdirəcək. O, aşağı liqa təmsilçisi “Reyncers”lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kanales 3 mövsümdə (2012/13, 2014/15, 2015/16) “Neftçi”nin uğurları üçün çalışıb. Çilili forvard “ağ-qaralar”ın heyətində keçirdiyi 92 oyunda 45 qola imza atıb.


oxunma sayı: 34 | Paylaş: