Bu gün:


FutbolPress.Az | Muarem "Qarabağ"ın düşərgəsində - FOTO

Muarem "Qarabağ"ın düşərgəsində - FOTO


oxunma sayı: 29 Paylaş:

FutbolPress"Qarabağ" Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirir.

Komandanın düşərgəsinə tanış sima baş çəkib. Ağdam klubunun sabiq futbolçusu Muarem Muarem komandanın futbolçuları ilə görüşüb və onlarla foto çəkdirib.

29 yaşlı hücumameyilli yarımmüdafiəçi qış transfer pəncərəsində Qazaxıstanın "Aktobe" klubundan ayrılaraq Albaniyanın "Flamutarı" komandasına transfer olub.

Makedoniya millisinin sabiq üzvü 2012-2015-ci illərdə və 2016/17 mövsümündə "Qarabağ"ın uğurları üçün çalışıb.



oxunma sayı: 29 | Paylaş: