Bu gün:


FutbolPress.Az | "Qəbələ"nin oyunu ləğv edildi

"Qəbələ"nin oyunu ləğv edildi


oxunma sayı: 23 Paylaş:

FutbolPress“Qəbələ” 2017-2018-ci illər mövsümünün hazırlığını Türkiyədə davam etdirir.

“Qırmızı-qaralar” Antalyada təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü bir məşqlə başa vurub. Roman Qriqorçukun yetirmələri günün ikinci yarısına təsadüf edən hazırlıq prosesini meydançada gerçəkləşdirib. Futbolçular əsasən toplu çalışmaları yerinə yetirib.

“Qəbələ”nin hazırlıq planında dəyişiklik edilib. Komanda bu gün – yanvarın 14-də ikinci yoxlama oyununa çıxmalı olsa da, Qazaxıstanın “Atırau” klubu ilə görüş baş tutmayacaq. Buna rəqibin yoxlama görüşündən imtina etməsi səbəb olub. “Qırmızı-qaralar” toplanışın 10-cu günündə hazırlıqlarını qrafikə uyğun olaraq məşqlərlə davam etdirəcək.


oxunma sayı: 23 | Paylaş: