"Neftçi" - "Keşlə" oyununun yeri yenidən dəyişdirildi
Paylaş:
Sabah "Neftçi" və "Keşlə" arasında keçiriləcək yoxlama matçının yeri dəyişdirilib.
Saat 15:00-da başlanacaq oyun İsmət Qayıbov adına təlim-məşq bazasında olacaq.
Daha əvvəl də matçın məhz orda keçirilməsi planlaşdırılsa da, sonradan 8-ci kilometr stadionuna dəyişdirildiyi barədə məlumat verilmişdi. İndi klublar məkanı yenidən dəyişdiriblər.
| Paylaş: