Bu gün:


FutbolPress.Az | Milli üzvü Hollandiya klubunda debüt etdi

Milli üzvü Hollandiya klubunda debüt etdi


oxunma sayı: 156 Paylaş:

FutbolPressHollandiya I Divizionunda (Jupiler Liqa) 20-ci turun oyunları keçirilib.

Azərbaycanın gənclərdən ibarət yığmasının futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Valveyk” doğma meydanda “Alkmaar”ın gənclərdən ibarət komandası ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Kökçü də bu görüşün iştirakçısı olub. Futbolçumuz qarşılaşmaya start heyətdə başlayıb və 68-ci dəqiqədə əvəzlənib. Bu, bir müddət öncə Türkiyənin “Bursaspor” klubundan icarəyə götürülmüş millimizin üzvü üçün Hollandiya təmsilçisinin heyətində debüt matçı olub.

“Valveyk” hazırda 22 xalla 20 klub arasında 14-cü pillədə qərarlaşıb.


oxunma sayı: 156 | Paylaş: