Bu gün:


FutbolPress.Az | Ziya Əzizov hollandlara lazım deyil

Ziya Əzizov hollandlara lazım deyil


oxunma sayı: 145 Paylaş:

FutbolPressHollandiya I Divizionunda (Jupiler Liqa) 20-ci turun oyunları keçirilib.

Azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” doğma meydanda “Almere Siti” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

Əzizov bu görüşün iştirakçısı olmayıb. Futbolçumuz qarşılaşmanın sonadək ehtiyat oyunçular skamyasından izləyib.

"Den Boş" hazırda 28 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.


oxunma sayı: 145 | Paylaş: