Bu gün:


FutbolPress.Az | Millinin Gürcüstanla oyunu baş tutmayacaq - SƏBƏB

Millinin Gürcüstanla oyunu baş tutmayacaq - SƏBƏB


oxunma sayı: 247 Paylaş:

FutbolPressTürkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək Azrbaycan millisinin hazırlıq proqramında dəyişiklik olub. Yığmanın Gürcüstanla oyunu baş tutmayacaq.

Məlumatı AFFA yayıb. Bildirilir ki, buna səbəb qonşu ölkənin milli komandasının Antalyada təşkil olunması nəzərdə tutulan toplanışı ləğv olunmasıdı. Beləliklə, fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycan – Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq.

AFFA və Gürcüstan Futbol Federasiyası arasında aparılan danışıqlara əsasən, bu il ərzində FIFA-nın müvafiq oyun günlərinin birində Azərbaycan və Gürcüstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilə bilər.

Əlavə edək ki, milli yanvarın 30-da Moldova ilə üz-üzə gələcək.


oxunma sayı: 247 | Paylaş: