Bu gün:


FutbolPress.Az | "Niyə "Qarabağ" qrupda oynayır, biz yox?" - erməni prezidentə gözlənilməz sual

"Niyə "Qarabağ" qrupda oynayır, biz yox?" - erməni prezidentə gözlənilməz sual


oxunma sayı: 282 Paylaş:

FutbolPressErmənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan Azərbaycan futbolunun Ermənistanla müqayisədə irəli getməsinə münasibət bildirib.

Xəbəri "Sputnik Armenia" yayıb. Məlumata görə, o qeyd edib ki, bunun səbəbi azərbaycanlı iş adamlarının futbolu ermənilərdən daha çox sevməsidir. Federasiya prezidenti etiraf edib ki, yaxın zamanlarda erməni klublarının Azərbaycan çempionu “Qarabağ” kimi Çempionlar Liqasının qrupuna düşmək şansı yoxdur.

“ÇL-in qrupunda oynamaq üçün külli-miqdarda pul lazımdı ki, bu da bizdə yoxdur” – deyə o, keçirdiyi mətbuat konfransında bildirib.

“Nəyə görə Azərbaycan klubu “Qarabağ” Çempionlar Liqasının qrupuna düşür, amma bizimkilər yox?” sualına onun cavabı belə olub:

“Çünki azərbaycanlı iş adamları futbolu bizim biznesmenlərdən çox sevirlər”. (Qol.az)


oxunma sayı: 282 | Paylaş: