Bu gün:


FutbolPress.Az | "Burda Azərbaycandakı kimi 1500 azarkeş olmayacağını bilirəm" - Hallidey

"Burda Azərbaycandakı kimi 1500 azarkeş olmayacağını bilirəm" - Hallidey


oxunma sayı: 196 Paylaş:

FutbolPress"Qəbələ"dən ayrılıb sabiq klubu "TReyncers"ə qayıdan şotlandiyalı yarımmüdafiəçi Endi Hallidey ölkəsinin mətbuatına açıqlama verib.

O, "qırmızı-qaralar" haqda yaxşı fikirlər səsləndirib:

"Qəbələ yaxşı şəhərdi. Klubun özünün infrastrukturu və layihəsi var. Amma ora mənim olmaq istədiyim yer deyildi. "Qəbələ"yə orda çıxış etdiyim zaman mənə verdikləri dəstəyə görə təşəkkür edirəm. Bu komandaya qoşulandan sonra həmişə yanvarda "Reyncers"ə qayıtmaq barədə düşünürdüm. Bunun baş tutduğuna görə şadam".

Hallidey sonda Azərbaycanda oyunlara az sayda azarkeş gəlməsinə də toxunub:

"Reyncers"də möhkəmlənmək istəyirəm. Burda üzərimdə böyük təzyiq olacağını bilirəm. Səbrli olmalıyam. "Reyncers" böyük klubdu və burda Azərbaycandakı kimi 1500 azarkeş qarşısında oynamayacağımı bilirəm".


oxunma sayı: 196 | Paylaş: