Bu gün:


FutbolPress.Az | Ukrayna millisinin üzvü "Keşlə"də?

Ukrayna millisinin üzvü "Keşlə"də?


oxunma sayı: 259 Paylaş:

FutbolPress"Keşlə" ukraynalı futbolçu cəlb edə bilər. Bakı klubu "Yagelloniya"dan ayrılan Dmitro Xomçenovskiyə təklif göndərib.

Bu barədə komandanın ukraynalı çalışdırıcısı Yuri Maksimov məlumat verib. Ölkəsinin "Futboom" nəşrinə danışan mütəxəssis həmyerlisindən cavab gözlədiklərini söyləyib:

"Xomçenovskiylə iki həftə əvvəl maraqlanmışdıq. Hazırda təklifimizi düşünür. Yenidən onunla danışacağıq. Əgər təklifimizi qəbul eləsə, "Keşlə"nin oyunçusu olacaq.

Komandaya başqa ukraynalı futbolçu dəvət eləmək? Nə olacağına baxacağıq".

Xomçenovski ampluaca yarımmüdafiəçidi. 27 yaşlı oyunçu karyerası ərzində "Yagielloniya"dan başqa ölkəsində Donetsk "Olimpik"i, "Zorya", "Krivbass" və İspaniyada "Ponferradina"nın formasını geyinib. 2013-cü ildə Ukrayna millisində debüt edən futbolçu yığmanın heyətində 4 matçda meydana çıxıb.


oxunma sayı: 259 | Paylaş: