')

Bu gün:


FutbolPress.Az | AFFA-nın büdcəsi azaldılacaq

AFFA-nın büdcəsi azaldılacaq


oxunma sayı: 1161 Paylaş:

FutbolPressHər ilin martında AFFA-nın illik yekun konfransı keçirilir. Büdcə və xərclərin də hesabat kimi açıqlandığı konfransın builki təşkilindən öncə kulisdə durum elə də yaxşı deyil.

Məlumatlı mənbələrdən bildirilir ki, bu il qurumun büdcəsinin 3 milyon manat azaldılacağı haqda fikirlər qətiləşib.

Belə ki, bunadək AFFA-nın ümumi büdcəsinin təxminən 11 milyonu SOCAR-dan ayrılırdısa, kvota artıq 8 milyon olacaq.

Belədə AFFA daha çox sponsor cəlb etməkçün daha çox işləməlidir. Ancaq büdcədəki azalmanı bununla sığortalamaq mümkün olacaqmı? Çətin görünür...

Bəs azaldılmaya səbəb nə olub?

Bunadək büdcədən ən böyük xərc milli komanda üçün ayrılıb. Berti Foqtsun, daha sonra Robert Prosineçkinin dönəmində təkcə heyətin ezamiyyət və digər xərcləri, vitaminizasiya kimi məsələlər milyonluq xərclərə daxil imiş.

Artıq milliləri yerli məşqçilər idarə edəcək. Bu o deməkdir ki, əlahiddə xərclər də azalacaq. Büdcənin azaldılmasının əsas səbəbi də budur.

Futbolun inkişafına dair dövlət proqramı isə 2020-ci ildən sonra tətbiqə hazırlanacaq. Onadək Gənclər və İdman Nazirliyi dövlətə təqdim etməli, proqram təsdiq edilməlidir.

Bəs AFFA?

Qeyri-hökumət təşkilatıdır. Dövlət proqramı hazırlamaq bu qurumun səlahiyyətləri çərçivəsində deyil. Ona görə də AFFA-nın səlahiyyətləri bundan sonra daha da azalacaq. Əslində isə qanunla imkan verildiyi həddə çatacaq. Bunadək isə qurum və qurumun katibliyi səlahiyyətlərini xeyli aşmışdı. Nəticədə də çox ciddi boşluqlar buraxdıqları ortada ciddi nəticələrlə məlumdur.


oxunma sayı: 1161 | Paylaş:




?>