İlin "ən"ləri
Paylaş:
İlin Ağasəlim Mircavadovgilin vaxtında olmayıb, indi olan hadisəsi - Oyun alqı-satqısı
İlin bilərəkdən zəif asdfghjkl – Nizami Hacıyev
İlin qoşulub qaçanı – Mirhüseyn Seyidov
İlin təmizlik əməliyyatı – Köhnələrin 1-ci Diviziona buraxılmaması
İlin zəhmətkeş stadionları – AZAL arena və Binə qəsəbə stadionları
İlin köməkçiləri tərəfindən sıxışdırılan baş məşqçisi – Samir Ələkbərov
İlin “Mənim 1 qəpiyim də mənimsənilməyib” deyən adamı – Şahin Diniyev
İlin məsuliyyətsizliyi - Elxan Abdullayevin “Zirə” ilə oyunda R.Abışovun əvəzinə Barqası buraxıb legioner limitini pozması
İlin təəccübü – “Sumqayıt”ın futbolçusu N.Muxtarovun oğurluqda təqsirləndirilməsi
İlin təəccübünün ehtimal olunan səbəbi – Klubun AFFA tərəfindən futbolçuya verilən cəriməni özünə yükləməsi
İlin cərimə zərbəsindən qollar vuranı – Andre Skarlatake
İlin ənənəsinə sadiq qalanı – Kamran Ağayev
İlin “Rusyət”dən qayıdanı – E.Mahmudov və R.Şeydayev
İlin gopları – Q.Qarayev “Lokomotiv”ə keçir, M.Mədətov “Beşiktaş"a keçir
İlin transferi – Pedro Enrikenin “Qarabağ”a icarəyə gəlməsi
İlin “Facebook”a mövzu verəni- Əfran İsmayılov
İlin futbolsuz olsa da, “Facebook”da populyar qalanı – Vaqif Cavadov
İlin “Facebook” fəalı – Ceyhun Rzayev
İlin istefası – Elçin Cəlilovun AFFA yanında Media Komitəsindən getməsi
İlin “qabağa düşənləri” – İslam Oyunlarında qalib gələn 23 yaşlılardan ibarət yığma komandanın üzvləri
| Paylaş: