Bu gün:


FutbolPress.Az | Stiven Cerrard məşqçiliyin ağırlığı haqda

Stiven Cerrard məşqçiliyin ağırlığı haqda


oxunma sayı: 159 Paylaş:

FutbolPress"Məşqçi kimi çalışmağa başladığım bu 6 ay ərzində təxminən 2 yaş qocalmışam. Yurqen Klopp mənə tövsiyə verəndə demişdi: "Bir müddət arxa planda olmağını istəyirəm, çünki səhv etmək, öz komandanı müəyyənləşdirmək, taktiki qərarlar vermək üçün bir neçə ilə ehtiyacın var. Fəlsəfəni/oyun tərzini müəyyənləşdirməli, individual problemlərlə başa çıxmağı, bəzən fərdlərə tərif deməyi, lazım gələndə isə onlara kömək etməyi öyrənməli, məyusluğun, problemlərin nə olduğunu hiss etməlisən. Müddətin tamamında bu işin doğrudan da sənə görə olub-olmadığını özün anlayacaqsan". Klopp məni nələrin gözlədiyini ətraflıca təsvir etmişdi.

Məşqçi kimi çalışan insanlara böyük hörmətim var. Düzü, futbolçu olduğum dönəmdə də birgə çalışdığım məşqçilərin həmişə hörmətini saxlamışam, sadəcə, onların işinin nə dərəcə ağır olduğunu özüm məşqçiliyə başladıqdan sonra anladım" - deyə Stiven Cerrard qeyd edir.

Rüfət Məcid


oxunma sayı: 159 | Paylaş: