')

Bu gün:


FutbolPress.Az | “Bakı Futbol Liqası”ndan xeyriyyə aksiyası - FOTOLAR

“Bakı Futbol Liqası”ndan xeyriyyə aksiyası - FOTOLAR


oxunma sayı: 456 Paylaş:

FutbolPress"Bakı Futbol Liqası” (BFL) Dünya Azərbaycanlılarının Həmrəyliyi və yeni il münasıbəti ilə xeyriyyə tədbiri keçirib. "Vətən Futbol Akademiyası”nın təlim-məşq bazasında baş tutan tədbirin qonaqları valideyn himayəsindən məhrum olmuş "SOS uşaq kəndləri" internat məktəbinin uşaqları olub.

BFL rəhbərliyi uşaqları Yeni il hədiyyələri ilə sevindirməklə yanaşı tanınmış veteran futbolçularımız  ilə görüşünü də təşkil edib. Balaca qonaqlara yeni il süfrəsi də açılıb.

Daha sonra BFL-in XI turunun açılış oyununda "AtaBank" və "Kristal R&R" komandaları qarşılaşıb. Komandalar meydana "SOS uşaq kəndləri" internat məktəbinin uşaqları ilə birlikdə çıxıb. Topa ilk toxunuşu da uşaqlardan biri edib.

BFL-də "İdman Azərbaycan", "Beerbaşa", "Vətən", "Bakı FK", "Capitan FK", "Armanda FK", "Mr.Mix", "AtaBank", "Kristal R&R" və Forever Young" komandaları çıxış edir. Gələn ilin may ayında Rusiyanın paytaxtı Moskvada 8 nəfərlik futbol növündə dünya çempionatı keçiriləcək. BFL-in qalibi turnirdə ölkəmizi təmsil edəcək. Növbəti yarışda isə artıq ölkəmiz Azərbaycan yığması ilə təmsil olunacaq. Bir həftə davam edəcək yarışda təmsilçimizin bütün xərclərini BFL ödəyəcək.













 


oxunma sayı: 456 | Paylaş:




?>