')

Bu gün:


FutbolPress.Az | Qış bazarlığı: Kim gəldi, kim getdi?

Qış bazarlığı: Kim gəldi, kim getdi?


oxunma sayı: 2592 Paylaş:

FutbolPressAzəfrbaycanda transfer pəncərəsi bağlanıb.

Ölkə klubları yanvarın 13-dən və fevralın 10-dək heyətlərində təmziləmə işləri aparıb, yeni futbolçular cəlb edib.

Bu qış Topaz Premyer Liqası klublarından ən çox dəyişiklik edənlər "Kəpəz", "Neftçi" və "Keşlə" olub. Çempionatın lideri "Qarabağ" isə passivliyi ilə diqqət çəkib.

Qış transfer pəncərəsi zamanı TPL klublarının heyətində baş verən bütün dəyişiklikləri diqqətinizə çatdırırıq...


“Qarabağ”
Gələn: Yoxdu
Gedənlər: İbrahim Aslanlı ("Zirə"), Elşən Abdullayev ("Zirə": icarəyə), Dino Ndlovu ("Hançjou Qrintaun", Çin), Tarik Elyunussi ("Olimpiako", Yunanıstan: icarə müddəti başa çatıb)
Müqavilə müddətini artıran: Yoxdu

“Qəbələ”
Gələn: Təmkin Xəlilzadə ("Zirə"), Ramil Həsənov ("Sumqayıt": icarədən qayıdıb)
Gedənlər: Ekiqo Ehiosun, Roman Hüseynov ("Kəpəz": icarəyə), Tellur Mütəllimov ("Zirə"), Endi Hallidey ("Reyncers", Şotlandiya: icarə müddəti başa çatıb), Ülvi isgəndərli ("Sumqayıt": icarəyə), Deyv Bulthuis ("Herenven", Hollandiya), Ramil Həsənov ("Xəzər": icarəyə)
Müqavilə müddətini artıran: Vojislav Stankoviç

“Zirə”
Gələnlər:
İbrahim Aslanlı ("Qarabağ"), Elşən Abdullayev ("Qarabağ": icarəyə), Mirsahib Abbasov ("Keşlə": icarəyə), Tellur Mütəllimov ("Qəbələ"), Comal Uilyams ("Murselaqos", Meksika: icarəyə), Yani Urdinov ("Bohemians", Çexiya: icarəyə)
Gedənlər: Murad Səttarlı (“Kəpəz”), Nicat Qurbanov ("Sumqayıt"), David Manqa ("Hapoel Aşkelon", İsrail), Qabriel Matey ("Termalika", Polşa), Təmkin Xəlilzadə ("Qəbələ")
Müqavilə müddətini artıran: Yoxdu

“Sumqayıt”
Gələnlər:
Elnur Abdullayev (“Keşlə”), Nicat Qurbanov ("Zirə"), Ülvi İsgəndərli ("Qəbələ": icarəyə)
Gedən: Ramil Həsənov ("Qəbələ": icarə müddəti başa çatıb)
Müqavilə müddətini artıran: Yoxdu

“Neftçi”
Gələnlər: 
Təyyar Məmmədov ("Səbail": icarədən qayıdıb), İlkin Qırtımov ("Keşlə"), Fərid Abbaslı ("Binə"), Fransisko Xavyer Qarsiya ("Serro Portenyo", Paraqvay), Lukas Qomez ("Deportivo Lara", Venesuela), Mayk Kampaz (UCR, Kosta-Rika)
Gedənlər: Pavel Dreksa (“Karvina”, Çexiya: icarə müddəti başa çatıb), Rahil Məmmədov, Aqşin Qurbanlı (hər ikisi "Səbail"), Fəhmin Muradbəyli (“Səbail”: icarəyə), Məqsəd İsayev ("Keşlə"), Maksim Vaylo, Təyyar Məmmədov (hər ikisi "Sabah": icarəyə), Tərzin Cahangirov ("Kəpəz"), Edson Kastilyo, Uqo Barqas ("Bluminq", Boliviya), Daniel Seqoviya
Müqavilə müddətini artıran: Namiq Ələsgərov

"Səbail"
Gələnlər:
Fəhmin Muradbəyli, Rahil Məmmədov (hər ikisi “Neftçi”: icarəyə), Kərim Diniyev ("Kəpəz"), Ruslan Əmircanov, Yevgeni Koçuk ("Jilina", Slovakiya: icarəyə), Nikoloz Apakidze
Gedənlər: Təyyar Məmmədov ("Neftçi": icarə müddəti başa çatıb), Tanrıverdi Məhərrəmli ("Xəzər"), Emin Mehdiyev, Seymur Əsədov (hər ikisi "Sabah": icarəyə), Murad Musayev ("Şüvəlan"), Amit Quluzadə ("Drita", Kosovo), Adrian Popoviçi ("Poli", Rumıniya), Yamin Ağakərimzadə, Eqdaras Jarskis, Renan Telles
Müqavilə müddətini artıran: Yoxdu

“Keşlə”
Gələnlər:
Yuri Maksimov (baş məşqçi), Məqsəd İsayev ("Neftçi"), Kamran Ağayev ("Mlada", Çexiya), Pablo Podio ("Fastav", Çexiya: icarəyə), Vaqif Cavadov, Herve Tçami ("Hajer", Səudiyyə Ərəbistanı), Nemanya Stoyanoviç ("Qarabağ", Vyana, Avstriya), Ebrima Sohna, Andre Klennon (hər ikisi VPS, Finlandiya), Sezar Meza Kolli
Gedənlər: Ramiz Məmmədov (baş məşqçi), Elnur Abdullayev (“Sumqayıt”), Samir Zərgərov ("Kəpəz"), Mirsahib Abbasov ("Zirə"), İlkin Qırtımov ("Neftçi"), Nizami Hacıyev, Mirhüseyn Seyidov
Müqavilə müddətini artıran: Yoxdu

“Kəpəz”     
Gələnlər:
Murad Səttarlı (“Zirə”), Roman Hüseynov ("Qəbələ": icarəyə), Samir Zərgərov ("Keşlə"), Tərzin Cahangirov ("Neftçi"), Dieqo Souza, Sergey Litovçenko ("Dinamo", Tbilisi, Gürcüstan), Giuli Manjqaladze ("Samtredia", Gürcüstan), Tərlan Qasımzadə ("Sabah"), Dario Federiko ("Sonnam", Cənubi Koreya), Tural Nərimanov ("Şüvəlan"), Şahdon Vinçester ("Murselaqos", Meksika), İqor Korotetski ("Avanqard", Ukrayna)
Gedənlər: Aydın Qasımov, Novruz Məmmədov (hər ikisi "Xəzər"), Kərim Diniyev ("Səbail"), Azad Kərimov (MOİK), Samba Diallo, Mansur Aladji, Viktor Oseqeyl, Ruzi Qiyaslı, Azər Məmmədov, Sergey Çernışev, Məhəmməd Qurbanov
Müqavilə müddətini artıran: Yoxdu


oxunma sayı: 2592 | Paylaş:




?>