')

Bu gün:


FutbolPress.Az | Mahir Mədətov "Beşiktaş"a keçir?

Mahir Mədətov "Beşiktaş"a keçir?


oxunma sayı: 560 Paylaş:

FutbolPress“Qarabağ”ın hücumçusu Mahir Mədətov karyerasını Türkiyə Super Liqasının son çempionu "Beşiktaş"da davam etdirə bilər.

Bu barədə məlumatı "Futbol+" qəzeti yayıb. Xəbərdə İstanbul təmsilçisinin Mədətov üçün "Qarabağ"a rəsmi təklif də göndərdiyi qeyd edilib.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov da bu keçidə qarşı deyil. Sadəcə, qarşı tərəf bunun üçün klub rəhbərliyini də razı salmalıdı.

"Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin bir müddət öncə Bakıya gələrək, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutmuş "Qarabağ" - "Çelsi" matçını izləməsi təsadüfi deyilmiş. Təcrübəli mütəxəssis məhz Mədətovu izləmək üçün Bakıya təşrif buyurub.


oxunma sayı: 560 | Paylaş:




?>