Ədalətin konserti (PRİTÇA)
Paylaş:
Köhnə maşın bazarına, şotkaları dəyişməyə gəlmişəm:
- Qaqaş, "Bosch" rezinləri superdi. Cütü 18 manata qoşarıq, sənçün...
- Yayda elə bu obyektdə dəyişmişdim, 6 ay keçməyib, cüyüldüyür. Ucuzunu ver.
- Düş maşından, gəl dükana, özün bax. (Bir az baxır mənə) Aaa.. səni tanıdım. Elçin Cəlilov deyilsən? Tuyquna qan udduran oğlan... Mən "Xəzər Lənkəran"ın xəstəsi olmuşam ee!
...Burda çexol, rezin satıb dolanırıq, ancaq komandanın bütün oyunlarına gedərdik. Bu bazarda nə qədər uşaq qoşulardı, birlikdə gedərdik rayonlara. Bu əclaflar komandanı niyə dağıtdı, sənə qurban?! Neyləmək olar, necə olacaq axı. Qayıda bilər "Xəzər Lənkəran"?
- İnanmıram, qardaş.
(O an o zəhmət/əziyyətdən beli əyilən ortayaş "qocanın" üzündəki əzgin üzüntünü görmək əhvalımı pozdu. Yenə ovaxtlar yadıma düşdü. Hər şey necə "heç nədən" başlayıb, nə boyda şişmişdi, nələr olmuşdu... Çətin idi. Ancaq zaman göstərdi ki, haqlı, doğru tərəf biz idik. Zaman birini göstərib, birini alır. İndi XL kimi klub yoxdu...)
- Hə, qardaşın sənçün bu rezini məsləhət görür. Mayası 2-3 manata başa gəlir. Mən 5 manat alacam səndən. Bundan sonra harda rezin dəyişsən, bunu bil ki, 15-20 manata olmur. Adlar da yalan söhbətdi, hamısı eyni maldı. Bura bahalı maşınlar gələndə 15-20-30 manat da alırıq. Düzgün adam olanda, tanıdığımız olanda elə şey eləmirik.
İstədim deyim ki, axı ədalətli davranış deyil bu. Ancaq bir az da söhbət eləyəndən sonra ədalətli olmayan şeylərin başqa yerdə olduğunu yadıma saldım...
Elçin Cəlilov
| Paylaş: