')

Bu gün:


FutbolPress.Az | Kuboku “Neftçi” qazanacaq?

Kuboku “Neftçi” qazanacaq?


oxunma sayı: 681 Paylaş:

FutbolPressAzərbaycan Kubokunun ¼ final mərhələsi sürprizlə yadda qalıb. Bu, son qarşılaşmada qeydə alınıb.

İlk oyunda səfərdə “Qarabağ”a 1:2 uduzan “Sumqayıt” ev oyununda sensasiyaya imza atıb. Qeydə alınan 2:0 hesabı “Gənclik şəhəri” təmsilçisini yarımfinala daşıyıb.

Beləliklə, kubokda son 3 mövsümün qalibi “Qarabağ” mübarizəni erkən dayandırmalı olub. Bu, 2013/14 mövsümündən sonra ilk belə haldı. Həmin vaxt da komanda məhz ¼ finalda mübarizəni dayandırıb. “Atlılar” iki oyunun nəticəsinə görə “Qəbələ”yə 1:2 uduzmuşdu.

Həmin mövsüm kuboku “Neftçi” əldə edib. Paytaxt klubu finalda penaltilər seriyası zamanı “Qəbələ”yə qalib gələrək (əsas vaxt – 1:1, pen. 3:2), titula yiyələnib. Maraq üçün qeyd edək ki, “Neftçi” “qırmızı-qaralar”la bu dəfə yarımfinalda görüşəcək.

Daha bir maraqlı məqam ondan ibarətdi ki, son 3 mövsümdə “Neftçi”nin kubok qazanmasına məhz “Qarabağ” mane olub. Bu dəfə paytaxt təmsilçisi üçün belə arzuolunmaz rəqib artıq yoxdu.

Bir şeyi də qeyd edək ki, yarımfinalçılar arasında kuboku qazanan yeganə komanda "Neftçi"di. "Qəbələ" və "Keşlə" daha əvvəl finalda oynayıblarsa, "Sumqayıt", ümumiyyətlə, ilk dəfə yarımfinala çıxır.

"FutbolPress"


oxunma sayı: 681 | Paylaş:




?>