')

Bu gün:


FutbolPress.Az | Azərbaycan Kuboku: yarımfinal cütləri məlumdu

Azərbaycan Kuboku: yarımfinal cütləri məlumdu


oxunma sayı: 182 Paylaş:

FutbolPressAzərbaycan Kubokunda ¼ final mərhələsi başa çatıb. Bu gün keçirilən iki oyunla “Qəbələ” və “Sumqayıt” adını növbəti mərhələyə yazdırıb.

“Qırmızı-qaralar” ilk oyunda 1:0 qalib gəldiyi “Səbail”i səfərdə də məğlub edib (4:2), yarımfinala yüksəlib. “Gənclik şəhəri” təmsilçisi isə “Qarabağ”dan 1:2 hesablı məğlubiyyətin əvəzini 2 cavabsız qolla çıxaraq, növbəti mərhələyə adını yazdırıb.

Yarımfinalda “Qəbələ”nin rəqibi “Zirə”ni mübarizədən kənarlaşdıran (0:1; 2:0) “Neftçi”, “Sumqayıt”ın rəqibi isə “Kəpəz”dən üstün olan (2:0; 3:2) “Keşlə” olacaq.


oxunma sayı: 182 | Paylaş:




?>