"Neftçi" üçün Rusiya, Rumıniya və Ukrayna klubları
Paylaş:
"Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, bu gündən etibarən istirahətə buraxılan komandanın üzvləri iki mərhələdən ibarət təlim-məşq toplanışı keçmək üçün yanvarın 5-də bir araya gələcəklər. Əsasən fiziki hazırlığa üstünlük veriləcək ilk mərhələ yanvarın 15-dək Bakıda təşkil olunacaq. Yanvarın 12-də yerli klublardan biri ilə yoxlama oyunu keçirilməsi nəzərdə tutulub.
Yanvarın 17-dən 31-dək Türkiyənin Antalya şəhərinə yollanacaq "ağ-qaralar" Bələkdə yerləşən "Alva Donna" otelində məskunlaşacaq. Bu mərhələdə daha çox texniki və taktiki hazırlığa nəzər yetiriləcək.
"Neftçi”nin Türkiyədə 5 yoxlama oyunu keçirməsi planlaşdırılır. Komanda yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk", 25-də Rumıniyanın "Konkordiya” və Ukraynanın "Çernomorets”, 27-də isə Rusiyanın "Krılya Sovetov” klubları ilə qarşılaşacaq.
Təlim məşq-toplanışında yanvarın 30-u nəzərdə tutulan görüşə isə rəqib hələlik dəqiqləşməyib.
| Paylaş: