Özil qərarını dəyişdi: İngiltərədə qalır
Paylaş:
"Arsenal"ın futbolçusu Məsut Özil İspaniyaya qayıtmaqdan vaz keçib.
"Daily Mail"in məlumatına görə, almaniyalı futbolçu "Barselona"nın qərarını gözləməkdən yorulub və hazırda onun prioriteti "Mançester Yunayted"dir.
Yarımmüdafiəçi yeni klubunda həftəyə 300 min funt sterlinq qazanmaq istəyir. MY da bu qədər məvacibi ödəməyə hazırdır.
Kataloniya klubu Özili Koutinyoya alternativ görürdü. Türk əsilli futbolçunun Arsenalla müqaviləsi yayda başa çatır.
| Paylaş: