Rauf Əliyev Albaniyada növbəti qolunu vurdu
Paylaş:
Albaniya Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
Azərbaycan yığmasının hücumçusu Rauf Əliyevin formasını geyindiyi “Kukesi” aşağı liqa təmsilçisi “Erzeni” ilə qarşılaşıb. Altı qolun qeydə alındığı matçda futbolçumuzun komandası darmadağına sevinib – 5:1.
Rauf da bu görüşün iştirakçısı olub. Komandasının dördüncü qolunu da məhz Əliyev vurub.
Bu rəqibini səfərdə də 4:1 hesabıyla məğlub etmiş “Kukesi” iki oyunun cəminə görə 9:2 üstün olub və 1/4 finala yüksəlib.
| Paylaş: