')

Bu gün:


FutbolPress.Az | UEFA "Qarabağ" və "Qəbələ"yə 155 min ödəyəcək

UEFA "Qarabağ" və "Qəbələ"yə 155 min ödəyəcək


oxunma sayı: 289 Paylaş:

FutbolPressAzərbaycan klublarının hesabına UEFA-dan yeni maliyyə daxil olub.

Qitənin ali futbol qurumu 2016-2017 mövsümündə maliyyə feyr-pleyi qaydalarını pozan klublardan aldığı 6,5 milyon avro vəsaiti avrokuboklarda iştirak etmiş komandalar arasında bölüb.  

Məbləğin 80 faizi Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində çıxış etmiş klublara çatıb. "Qarabağ" və "Qəbələ" hərəyə 78 300 (təxminən 155 min manat) avro qazanıb.

Qalan 20 faiz isə təsnifat mərhələsində mübarizəni dayandırmış komandalara çatıb. "Kəpəz" və "Neftçi" hərəyə 8 540 (təxminən 17 min manat) avro əldə edib. "Zirə" isə maliyyə feyr-pleyini pozduğu üçün cəzalandığından, bu məbləği ala bilməyəcək.


oxunma sayı: 289 | Paylaş:




?>